Red Bull M.Uebberlə hələ müqaviləni müzakirə etməyib

Mark Uebberin Ferrari-yə keçməsi barədə gəzən şayiələrin fonunda Britaniya mətbuatı bir neçə gündür bildirir ki, Red Bull komandası əvvəlki illərdə […]

Mark Uebberin Ferrari-yə keçməsi barədə gəzən şayiələrin fonunda Britaniya mətbuatı bir neçə gündür bildirir ki, Red Bull komandası əvvəlki illərdə olduğundan fərqli olaraq, bu dəfə mövsümün sonunu gözləmədən avstraliyalı sürücünün müqaviləsini uzatmağa hazırdır.

Autosport həftəliyinə müsahibəsində komandanın rəhbəri Kristian Horner bu söhbətləri təkzib edib, amma bildirib ki, Markı komandadan buraxmağa səbəb görmür…

Kristian Horner: “Mənə elə gəlir ki, hər ilin əvvəlində biz eşidirik ki, Mark Ferrari-yə keçəcək, amma o hələ də qırmızı kombinezonu geyinməyib. Məncə, paddokda hər bir sürücünü artıq gələn il Fernando Alonsoya yoldaş ediblər, amma biz diqqətimizi öz işimizə yönəltmişik.

Markın bizim komandadan xoşu gəlir, bizim də Markdan xoşumuz gəlir. Müvafiq vaxt gələndə biz onunla gələn ilin müqaviləsini müzakirə edəcəyik, həmişə olduğu kimi. Biz bu barədə mövsümün sonuna yaxın danışacayıq, hələlik heç nəyi müzakirə etməmişik, ona görə heç nə deyə bilmərəm. Məncə, hazırda Mark hər şeydən razıdır, şayiələr isə bizim biznesin bir hissəsidir.

Uebber mövsümün ilk yarışlarını yaxşı keçirib, özünü bizim maşının sükanı arxasında rahat hiss edir. Mark dörd dəfə dördüncü olub, əlbəttə, biz onu podiumda görmək istəyirik, amma o, çox stabil çıxış edir, xal qaznır və mövsümü uğurla başa vura bilər.”

Yaxşıdır ki, bizim sürücülər bir-birilərini motivasiya edirlər, bu rəqabət Sebastyana da kömək edir, ona görə də biz hər iki sürücünü komandada saxlamaq istəyirik. Bu, komanda üçün çox vacibdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*