Red Bull motorun sazlanmalarını dəyişməli olacaq

Hələ keçən bazar günü məlum olmuşdu ki, Macarıstan Qran Prisi ərəfəsində FİA Red Bull komandasını məcbur edəcək ki, motorun sazlanmasında […]

Hələ keçən bazar günü məlum olmuşdu ki, Macarıstan Qran Prisi ərəfəsində FİA Red Bull komandasını məcbur edəcək ki, motorun sazlanmasında dəyişikliklər olsun. Bu gün səhər məlum olub ki, federasiya bu sahədə reqlamentə dəyişikliklər edib.

Bu barədə rəsmi bəyanat yayılmasa da, Britaniyanın Autosport dərgisi xəbər verir ki, komandalar mövsümün ilk dörd yarışlarından birində istifadə etdikləri və FİA tərəfindən təsdiq olunmuş motorun xəritələrindən birindən yararlana bilərlər.

Bundan sonra dirsəkli valın dəqiqədə 6000-dən çox dövriyyəsi zamanı fırlanma momenti motorun təsdiq olunmuş xəritəsindəki göstəricidən 2% fərqlənə bilər. Amma əgər yarış yağışlı elan olunarsa, komandalar xəritəyə dəyişiklik edə bilərlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*