19 Noyabr 2017, Bazar - 19:53

Red Bull komandası Toro Rosso-dan kömək istəyib

Red Bull komandası Toro Rosso-dan kömək istəyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:45 - 08 Mart, 2014

Red Bull komandası törəmə komandası Toro Rosso-dan “brake-by-wire” (məftilli əyləc) sistemindəki problemlərin həllində kömək istəyib – bu barədə İtaliyanın Autosprint […]

Red Bull komandası törəmə komandası Toro Rosso-dan “brake-by-wire” (məftilli əyləc) sistemindəki problemlərin həllində kömək istəyib – bu barədə İtaliyanın Autosprint jurnalı yazıb. Jurnalın fikrincə, məhz əyləc problemləri Fettelin birinci Bəhreyn testlərində trasdan çıxmasına səbəb olmuşdu.

Fettelin trasdan çıxmasından sonra çəkilən şəkillərdə aydın görünür ki, arxa təkərin böyük bir hissəsi sürtülüb. Bunun səbəbi isə arxa təkərlərin əyləcə basılması zamanı tam bloka düşməsidir. Toro Rosso sürücüləri belə bir problemlə üzləşməyiblər və ona görə də Red Bull komandası onların təcrübəsindən yararlanmağı qərara alıb.

Baş verənlər bir daha Red Bull-un problemlərinin böyüklüyünü göstərir – şübhə yoxdur ki, komandanın mütəxəssisləri əyləc sisteminin nasazlıqlarını özləri aradan qaldıra bilərlər, amma, deyəsən, buna vaxtları yoxdur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 169
Teqlər , , , , , ,
Paylaş

logo