12 Dekabr 2018, Çərşənbə - 22:49

Red Bull komandası Honda motorunun adını dəyişməyəcək

Red Bull komandası Honda motorunun adını dəyişməyəcək

Müəllif: Rauf Hacıyev, redaktor

08:03 - 27 İyun, 2018

Red Bull komandası gələn il Honda mühərriklərini başqa adla markalamayacaq.

F-1.az xatırladır ki, Red Bull 2016-cı ildən Renault mühərriklərini TAG Heuer brendi ilə istifadə edir. Amma Honda-dan Masaşi Yamamoto bildirib ki, Aston Martin-in Red Bull-un titul sponsoru olması onlar üçün problem deyil: “Aston Martin əsasən idman avtomobilləri istehsal edir. Bu seqmentlər yalnız bir modelimizə – NSX-ə rəqibdir. Bu barədə idarə heyəti ilə danışdıq və problem yoxdur. Əslində gülməlidir. Tokioda bizim əsas mərkəzimizin önündə Aston Martin-in sərgisi qurulub”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , ,
Paylaş

logo