14 Dekabr 2018, Cümə - 21:03

Red Bull komandası Honda ilə razılaşıb?

Red Bull komandası Honda ilə razılaşıb?

Müəllif: Rauf Hacıyev, redaktor

15:10 - 12 Aprel, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Honda-nın mövsümə mükəmməl başlaması Red Bull-un gələn il üçün mühərriyini dəyişdirməsinə səbəb ola bilər.

F-1.az xatırladır ki, Toro Rosso komandasının sürücüsü Pyer Qasli Bəhreyn yarışında 4-cü olduğu halda, Rikkardo yarışın ikinci dövrəsində batareya probleminə görə mübarizəni dayandırmışdı.

Daniel Rikkardo: “Belə nəticələr Honda-nı Red Bull üçün cəlbedici edir. Hazırda mən heç nə bilmirəm, çünki növbəti mövsüm üçün müqavilə bağlamamışam. Mühərriklə bağlı danışıqlar sürücülər üçün maraqlı deyil. Növbəti mövsüm bəzi dəyişikliklər olacaq və bu, Honda üçün yaxşıdır. Honda son illərdə çox pul xərcləyib, ancaq McLaren-lə işləyə bilmədilər. İndi Toro Rosso-nun onlarla yaxşı işləməsi əladır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 164
Teqlər , , , ,
Paylaş

logo