Red Bull Kart Fight yarışlarının qalibi müəyyən olub (video)

Xəbər verdiyimiz kimi İtaliyanın Bolonya şəhərində Bologna Motor Show tədbiri çərçivəsində Red Bull Kart Fight yarışlarının final mərhələsi baş tutub.

Dünyanın bir çox ölkələrində keçirilmiş milli mərhələlərin 20 gənc qalibi öz aralarında dünyanın ən güclüsünü müəyyən ediblər. Yarışlarda ölkəmizi milli finalın qalibi Gülhüseyn Abdullayev təmsil edib.

Yarış iştirakçıları cümə, şənbə və bazar günləri əsl bayram izləyiblər. Cümə günü Ferrari F60-ın sükanı arxasında Cankarlo Fizikella, şənbə günü Toro Rosso STR7-nin sükanı arxasında Daniel Rikkardo və bazar günü Red Bull RB6-nın sükanı arxasında Dəvid Kulthard gənc sürücülərə Formula1 texnikasının nəyə qadir olmasını əyani göstəriblər. Cümə günü yarış iştirakçıları Faensada Toro Rosso komandasının bazasına səfər ediblər və burada Formula1 komandasının işi ilə tanış olublar.

Dünən gənc sürücülər sıralanma turu keçiriblər. Yağışlı və don vurmuş trasda yaxşı nəticə göstərmək elə də asan olmayıb və bu cür şəraitdə işləməyə öyrəşən gənc sürücülər üstünlük qazanıblar. Həmyerlimiz Gülhüseyn isə sıralanma turunda yalnız 15-ci nəticə göstərə bilib.

Bu gün keçirilən yarış 3 mərhələdən ibarət olub və faktiki olaraq yaponiyalı Şinji Savada və rusiyalı Vasiliy Rojkov arasında gərgin mübarizədə keçib. Bu iki sürücü rəqibləri çox arxada qoyublar. Növbə ilə bir-birini keçən sürücülər tamaşaçıları heyran ediblər. Sonuncu dövrənin sonuncu döngəsində rusiyalı sürücünün səhvi yarışın taleyini həll edib. 13 yaşlı yaponiyalı Savada Red Bull Kart Fight yarışlarının 2012-ci ildə qalibi elan olunub. Həmyerlimiz Gülhüseyn isə önündəki iki sürücünün qəzasının qurbanı olub və onlarla toqquşmadan qurtula bilməyib, nəticədə protokollarda yalnız 18-ci sətirlə kifayətlənib.

gul3

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*