11 Dekabr 2018, Çərşənbə axşamı - 13:58

Red Bull kamuflyajlı RB14-ü təqdim edib

Red Bull kamuflyajlı RB14-ü təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

13:09 - 19 Fevral, 2018

Red Bull komandasının 2018-ci il bolidi RB14 təqdim edilib.

F-1.az xatırladır ki, Red Bull komandası keçənilki reqlament dəyişikliklərindən sonra mövsümə böyük ümidlərlə başlasa da, RB13 ilk yarışlarda etibarlılıq problemləri yaşamışdı. Lakin avstriyalılar yeni bolidləri RB14 ilə bu il də çempionluğu hədəfləyirlər.

Xatırladaq ki, Red Bull keçən il yay fasiləsindən sonra təkmilləşərək, iki qələbə qazana bilmişdi. Avstriya təmsilçisi titul sponsoru Aston Martinlə tərəfdaşlığa başladıqdan sonra rəng çalarında da dəyişikliklər edib. Sarı Red Bull loqotipləri artıq ağdır. Lakin komanda bildirib ki, bu rəng çaları müvəqqətidir və əsl rəng çaları mövsüm başlamamışdan əvvəl təqdim ediləcək. Boliddəki digər dəyişiklik isə klassik mühərrik qapağıdır. Bundan başqa Halo sistemi də quraşdırılıb. Ən çox diqqət çəkən dəyişiklik isə saydpodlardadır.

Aston Martin bu il Red Bull-un titul sponsoru olsa da, “qırmızı öküzlər” Renault mühərriyindən istifadə edəcəklər. Bolid reklam çəkilişi üçün Silverstoun trasında gün üzünə çıxacaq və sükanın arxasına birinci Daniel Rikkardo keçəcək.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 478
Teqlər ,
Paylaş

logo