12 Dekabr 2018, Çərşənbə - 22:49

Red Bull ilə Renault arasındakı münasibətlər gərginləşir

Red Bull ilə Renault arasındakı münasibətlər gərginləşir

Müəllif: Rauf Hacıyev, redaktor

18:24 - 26 İyul, 2018

Almaniya yarışından sonra Red Bull və Renault arasındakı münasibətlər daha da gərginləşib.

F-1.az bildirir ki, bunun səbəbi Renauıt şirkətinin Rikkardoya yeni detalların hamısını verməməsidir. Red Bull Hokkenhaymda Daniel ilə taktiki cəza alsa da, avstraliyalı sürücü mühərrik probleminə görə yarışı bitirə bilməmişdi. Renault 29 yaşlı sürücüyə MGU-K, batareya və elektron idarəetmə bloku verdiyi halda, yeni motor, turbin və MGU-H ilə təmin etməmişdi. Kristian Horner buna görə çox əsəbləşib: “Bunu Renault-dan soruşun. Bizin normal strategiyamız bütün detalları dəyişmək idi”.

Rikkardonun yarışı dayandırma səbəbi və həmin detalın yenidən istifadə edilib-edilməyəcəyi hələ də bilinmir.

Siril Abitebul isə verdikləri qərarı müdafiə edib: “Daxiliyanma mühərriyini dəyişdirmək üçün səbəb yox idi. Həmişə eyni şey olur. Yarışdan sonra ssenarilər yazıb dünyanı kəşf edə bilərsiniz. Bu, strategiya kimidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 123
Teqlər , , , , ,
Paylaş

logo