Red Bull gənc sürücülərə qarşı yanaşmasını dəyişib?

Sabiq Formula1 sürücüsü Mark Uebber bildirib ki, Red Bull gənc sürücülərə qarşı yanaşmasını yumşaldıb.

F-1.az xatırladır ki, Brendon Hartli 7 il əvvəl standartlara cavab vermədiyi üçün Red Bull komandasından uzaqlaşdırılsa da, 2017-ci ilin son 4 yarışında Toro Rosso komandasına keçmişdi.

Mark Uebber: “Red Bull yanaşmasını yumşaltdı. Bir neçə il əvvəl Hartlinin Toro Rosso-ya keçidi mümkünsüz bir şey idi. Amma bunu pis mənada demirəm. Helmut Marko Hartliyə ikinci şans verdi və onun qabağında baş əyməliyik. Bu, komanda üçün əla xəbərdir. Komanda daxilində bəzi şeylər dəyişir və mən yaxşı tərəfləri görmək istəyirəm. Ümid edirəm ki, digər komandalar da bu mövzuda qatı davranmazlar. Aşağı seriyalarda sürücülər əla performans göstərirlər. Amma Formula1-ə gələndə bir neçə testdə özlərini yaxşı tərəfdən göstərməlidirlər. Bu da mümkünsüzdür. Onlara daha çox fürsət vermək lazımdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*