Red Bull FİA-ya məhəl qoymadan şəxsi testlər keçirə bilər

Mercedes AMG komandası Barselonada keçirdiyi testlərə görə yumşaq cəza aldığı üçün Red Bull komandası da öz testlərini keçirmək niyyətindədir. The […]

Mercedes AMG komandası Barselonada keçirdiyi testlərə görə yumşaq cəza aldığı üçün Red Bull komandası da öz testlərini keçirmək niyyətindədir. The Times qəzetinin yazdığına görə, çempion komandası və bəlkə də Ferrari Silverstounda gənc sürücülərin testlərini buraxmağı düşünürlər ki, elə həmin trasda özlərinin şəxsi testlərini keçirsinlər.

Qəzet xəbər verir ki, FİA-nın Beynəlxalq Tribunalının gizli testlərlə bağlı çıxardığı qərar məlum olandan sonra Red Bull nümayəndələri Berni Ekklstouna narazılıqlarını bildiriblər. Komanda Formula1-in kommersiya başçısına bildirib ki, “Mercedes AMG komandası kimi FİA-dan xəbərdarlıq almağa risk etməyə və üçgünlük testlər keçirməyə hazırdır…”

Ferrari də Tribunalın qərarından narazı qalıb, amma The Times-ın bildirdiyinə görə, FİA ilə və onun prezidenti Jan Todtla açıq-aşkar qarşıdurmaya getmək istəmir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*