Red Bull Ferrari-ni dəstəkləyib

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferrari-nin idmandan ayrılması Formula1-ə zərər verəcək.

F-1.az xatırladır ki, Markionne Formula1-dəki yeni qaydaların istədikləri kimi olmayacağı təqdirdə idmandan ayrılacaqlarını və yeni seriya yaradacaqlarını demişdi. Dünən Mercedes Motorsport-un başçısı Toto Volff isə həmkarını dəstəkləmişdi…

Kristian Horner: “Onların ayrılması idmana zərər verə bilər. Ferrari Formula1-in ən nüfuzlu markalarından biridir. Formula1 Ferrari-siz davam edə bilərmi? Əlbəttə! Lakin biz Ferrari olan Formula1-də yarışmaq istəyərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*