11 Dekabr 2017, Bazar ertəsi - 10:00

Red Bull C.Əllison iddialarını təkzib edib

Red Bull C.Əllison iddialarını təkzib edib

Müəllif: Elçin Zodorov, redaktor

14:44 - 08 Oktyabr, 2016

Bu barədə danışan Helmut Marko iddiaların əsassız olduğunu bildirib.

F-1.az xəbər verir ki, iyul ayında Ferrari-ni tərk edən Ceyms Əllisonun gələcək karyerası barədə söz-söhbətlər səngimək bilmir. Onun adı artıq bir çox komanda ilə hallanıb. İddialara görə, Red Bull komandası Ədrian Nyuinin yerinə məhz Ceyms Əllisonu gətirməyi düşünür.

Bu mövzu Suzukada da müzakirə olunub və komandadan buna rəsmi münasibət bildirməyə məcbur olublar. Auto Bild-ə danışan Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko şayiələri təkzib edib: “Bunlar boş sözlərdən başqa bir şey deyil. Onunla danışıqlar aparmamışıq və Renault-ya keçəcəyini düşünürük”.

Bir başqa iddia isə Ceyms Kinin 2018-ci ildə idmandan ayrılacağı deyilən Pət Simondsun yerinə keçəcəyi barədədir. Marko bunu təkzib etməyib, lakin Simonds yalan məlumat olduğunu bildirib: “Bu xəbərləri oxudum və çox təəccübləndim. İdmandan ayrılacağım barədə söz-söhbəti şişirdiblər”.

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər , , , ,
Paylaş

logo