23 Oktyabr 2017, Bazar ertəsi - 10:01

Red Bull təkər testlərinin ikinci gününü tamamlayıb

Red Bull təkər testlərinin ikinci gününü tamamlayıb

Müəllif: Elçin Zodorov, redaktor

12:37 - 16 Oktyabr, 2016

Pirelli-nin gələn il üçün hazırladığı təkərləri 3 komanda – Mercedes AMG, Ferrari və Red Bull test edir. Testlərin nəticələri bütün komandalarla paylanılır və mövsüm başa çatdıqdan sonra bütün komandalar yeni təkərləri yoxlaya biləcəklər.

F-1.az xəbər verir ki, Red Bull komandası cümə axşamı və cümə günləri Əbu Dabidə Pirelli-nin testlərinə qoşulub. 2017-ci ilin reqlamentinə uyğunlaşdırılmış RB11-in sükanı araxasında hər iki gündə Pyer Qasli əyləşib.

Testlərin ilk günündə hava yaxşı olub. Sliklərlə işləyən Qasli Yas Marinada 81 dövrə vurub. Cümə günü isə səhər saatlarına hava nisbətən sərin və küləkli olub. Havanın hərarəti +36 dərəcə, asfaltın istiliyi isə +47 dərəcə olub. Qasli ilk günlə müqayisədə, daha çox məsafə qət edib. O, sliklərlə 103 dövrə vurub. Bu barədə Pirelli Motorsport-un rəsmi twitter bloqunda məlumat verilib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 204
Teqlər , , , , ,
Paylaş

logo