R.Dennis rəsmən Formula1-i tərk edir

McLaren Group bu gün təsdiq edib ki, Ron Dennis Formula1 komandası ilə əlaqələrini tam kəsir və yeni bölümün – McLaren […]

McLaren Group bu gün təsdiq edib ki, Ron Dennis Formula1 komandası ilə əlaqələrini tam kəsir və yeni bölümün – McLaren Automotive təşkilatçılığı ilə məşğul olacaq. Bundan sonra Ron şirkətin istehsal istiqamətinə başçılıq edəcək və McLaren idman avtomobilinin yeni modlei 2011-ci ildə işıq üzü görməlidir…

Ron Dennis: “Yanvarın 16-da bizim Formula1-də yeni maşınımızın təqdimat mərasimində mən Vodafone McLaren Mercedes komandasının idarəsini Martin Uitmarşa verdim. O zaman məndən soruşmuşdular ki, Avstraliyaya gedəcəyəmmi? Mən də demişdim ki, bəli, hazırlaşıram. MƏn getdim, amma artıq komandaya başçılıq etmirdim: etiraf etməliyəm ki, qəribə hisslər keçirdim orda. Növbəti yarışı isə artıq Böyük Britaniyada televiziya kanalından izlədim: mən daha böyük hisslər keçirəcəyimi gözləyirdim, axı uzun müddət mən bütün yarışlara baş çəkmişəm.

Etiraf etməyə hazıram ki, mənimlə işləmək çətindir, axı mən həmişə McLaren-in Formula1-də maraqlarının müdafiəsində durmuşam. İnanmıram ki, mənin bu qərarımdan xəbər tutan Maks Mosli və Berni Ekklstoun məyus olacaqlar. Amma bu qərarı qəbul etməyi məndən heç kim xahiş etməyib – mən özüm belə istəmişəm.”

Ron Dennis öz karyerasını 42 il əvvəl başlayıb, Cooper Racing Car Company-də adi mexanikdən böyük McLaren Group-un rəhbəri və həmsahibinə kimi yüksəilb. .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*