R.Dennis mətbuat konfransına hazırlaşır

Sabah McLaren Group-un başçısı Ron Dennis gələcək planları barədə rəsmi bəyanat verəcək. Mətbuat konfransı Uokinqdə baş tutacaq, güman edilir ki, […]

Sabah McLaren Group-un başçısı Ron Dennis gələcək planları barədə rəsmi bəyanat verəcək. Mətbuat konfransı Uokinqdə baş tutacaq, güman edilir ki, Dennis yol idman maşınlarının buraxılışı ilə məşğul olan şirkətin işi haqqında və özünün bu biznesdə rolu barədə elan verəcək…

Melburnda McLaren nümayəndələrinin Qran Prinin stüardlarına yalan söyləməsilə qızışan qalmaqaldan sonra bəzi Britaniya qəzetləri yazıblar ki, belə bir vəziyyətdə FİA prezidenti Maks Moslini yalnız Dennisin istefası qane edə bilər. Komanda başçılığı vəzifəsini Dennsi hələ mart ayında tərk edib və Martin Uitmarşa təhvil verib, indi isə Ron 100% yeni biznesə keçməklə istefanın bu variantını seçməsini elan edə bilər.

Bəyanatı gözləyək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*