R.Braun Şumaherin inkişafına əmindir

Mixael Şumaherin Formula1-ə qayıtmasından sonra arxada qalan ilk mövsümü ekspertlər birmənalı qiymətləndirməyiblər, amma 2010-cu ildə ona uğur qazanmasına mane olan […]

Mixael Şumaherin Formula1-ə qayıtmasından sonra arxada qalan ilk mövsümü ekspertlər birmənalı qiymətləndirməyiblər, amma 2010-cu ildə ona uğur qazanmasına mane olan obyektiv səbəblər də çox idi.

2011-ci ildə isə artıq səbəb olmayacaq – yeni maşın alman sürücünün vərdiş və tələbləri nəzərə alınmaqla qurulub, yeni təkərlərə keçid isə hamını bərabər şəraitə qoyur.

Mercedes GP komandasının başçısı Ross Braun əmindir ki, Mixael uğur qazanacaq – dünən Şumaherin 42 yaşı tamam olub və Ross hesab edir ki, ona ən yaxşı hədiyyə rəqabətədavamlı maşın olacaq…

Ross Braun: “Mən nə hədiyyə etdim? Mən hədiyyə barədə düşünmürdüm, çünki onun arzusunu bilirəm – o rəqabətədavamlı maşının sükanı arxasında oturmaq istəyir. Mən əvvəlki kimi vəziyyəti nikbinliklə qiymətləndirirəm, keçən mövsümün sonunda Mixael inkişaf etmişdi, mən əminəm ki, 2011-ci ildə o ciddi inkişaf edəcək.

Pirelli təkərlərinə keçidin onun çıxışlarına təsiri barədə fikir söyləmək hələ tezdir – Abu Dabi testlərində biz yeni təkərlərin Bridgestone-dan güclü fərqini hiss etmədik, amma yeni maşınlar yeni təkərlərlə uyğun qurulacaq, ona görə də qış testlərində biz çoxlu dəyişikliklər görəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*