R.Braun: “Strategiyalarda üç pit-stop nəzərdə tutulacaq”

Bir çoxları hesab edirlər ki, təkər faktoru qarşıdakı mövsümdə həlledici olacaq və maşının sürəti – təkərlə səliqəli davranış və yarışa […]

Bir çoxları hesab edirlər ki, təkər faktoru qarşıdakı mövsümdə həlledici olacaq və maşının sürəti – təkərlə səliqəli davranış və yarışa effektiv strategiyanın hazırlanması kimi elə də vacib olmayacaq.

Fernando Alonso bu fikirlə razı deyil, ispaniyalı sürücü hesab edir ki, ən sürətli maşın üstünlük qazanacaq…

Fernando Alonso: “Formula1-də həmişə olduğu kimi ən sürətli və ən yaxşı maşın mövsümün sonunda sürücüyə çempionluq titulunu qazanmağa kömək edəcək.

Strategiya da əhəmiyyət kəsb edir, bəlkədə bir-iki yarışın taleyini məhz bu faktor həll edəcək, məsələn, sürətli maşının sükanı arxasında kimsə səhvə yol verərsə, amma 19 və ya Qran Prilik mövsümdə bu səhvlər görünməz olur. Maşının maksimum sürətli olmasına çalışmaq lazımdır və biz bunun üzərində işləyirik.

Bu il bizim variantlar çoxdur. Bəzən bir neçə dövrəni qurban vermək vacib olur, məsələn, başa düşürsən ki, bir pit-stop az keçirsən də sürət lap aşağı düşəcək. Belə qərarları qəbul eləmək asan deyil, ona görə də hər bir yarışda vəziyyətə uyğun qərar qəbul etmək lazımdır.”

Red Bull komandasının başçısı Kristian Horner isə razıdır ki, Qran Prinin gedişində strategiyanın müxtəlif variantlarını görəcəyik…

Kristian Horner: “Yarışlar dəyişəcək – pit-stopların sayı artacaq, komandalar müxtəlif strategiya variantları seçəcəklər, amma hamı eyni şəraitdədir – təkərin işini başa düşmək üçün əlimizdən gələni edirik. Keçən il biz rəqabətədavamlı idik, baxaq görək 2011-ci ildə necə olacaq.”

Mercedes GP komandasının başçısı Ross Braun hesab edir ki, yarışların çoxunda strategiyalar 3 pit-stop üzərində qurulacaq…

Ross Braun:Pirelli təkərlərinin xarakteristikası uzun məsafədə tədricən korlanır, sonra birdən-birə təkər effektliyini itirir – bu böhran anını keçirsəniz, çox vaxt itirməli olacaqsınız.

Elə sazlanmalar tapmaq lazımdır ki, yaxşı tempdə dövrələri keçməklə minimum pit-stopa müraciət edəsən. Məncə, komandaların çoxu üç pit-stoplu variantları nəzərdən keçirəcəklər – dördüncü pit-stop sizin maşında təkərin daha sürətlə yeyilməsindən xəbər verəcək. Əlavə pit-stopa sərf etdiyiniz vaxtı geri qaytarmaq çətin olacaq.

Çox şey trasın xarakterindən asılı olacaq, məsələn, Monakoda pit-stop çox qısadır və əlavə pit-stop elə də böyük vaxt itkisinə səbəb olmaycaq. Hər şeyi xırda detallar həll edəcək – əgər maşın dörd pit-stopla daha sürətli olacaqsa, bu variant da mümkündür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*