R.Braun: “Mixael testlərdən çox razı qalıb”

Mercedes GP komandasının başçısı Ross Braun Mixael Şumaherin keçən həftə GP2 maşınının sükanı arxasında məxsusi testlərinə yekun vurub. Hava şəraitinin […]

Mercedes GP komandasının başçısı Ross Braun Mixael Şumaherin keçən həftə GP2 maşınının sükanı arxasında məxsusi testlərinə yekun vurub. Hava şəraitinin ilk iki gündə əlverişsiz olmasına baxmayaraq, yeddiqat dünya çempionu GP2 seriyasının Super Nova komandasının mühəndislərini sürəti və stabilliyi ilə təəccübləndirib…

Ross Braun: “Mixael sükan arxasına qayıtmağa çox şad idi. O əmindir ki, Valensiyada yeni maşının ilk testlərinə tam hazırdır.

Yan və qabaqdan vuran yüklənmələrin GP2 maşınının sükanı arxasında Mixaelin aldığı səviyyə Formula1 sürücüsünün yarışda aldığı səviyyədən təxminən 1g aşağıdır. Bu mənada GP2 texnikasını F1 texnikası ilə müqayisə etmək olar.

Mixaelin real sürətini biz yalnız testlərin son günü qiymətləndirə bildik – hava həmin gün quru idi. Şumaher Qran Pri məsafəsini problemsiz qət etdi və GP2 mühəndisləri onun sürət və stabilliyindən həzz aldılar. Bundan başqa onlar maşının təkmilləşdirilməsi üçün zəruri olan faydalı məlumat da aldılar.

Mixael testlərdən çox razı qalıb, hərçənd, ilk gün yağan yağış onu üzüb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*