R.Braun: “Mənim vicdanım təmizdir”

Brawn GP komandası ikinci ardıcıl yarışda qələbə qazanıb, BGP001 maşınının süərti heç kimdə şübhə oyatmır və elə təəssürat yaranır ki, […]

Brawn GP komandası ikinci ardıcıl yarışda qələbə qazanıb, BGP001 maşınının süərti heç kimdə şübhə oyatmır və elə təəssürat yaranır ki, Censon Batton və Rubens Barrikellonu nə trasda, nə də turnir cədvəlində heç kim ötə bilməyəcək. Əlbəttə, hər şeydən əvvəl bu uğur şassinin qeyri-adi konstruksiyası ilə əlaqədardır, şassi isə Brəklidə Ross Braunun rəhbərliyi altında Honda konserninin vəsaiti hesabına hazırlanıb. Onun bəzi elementləri, xüsusən də diffuzorlar, mübahisələr və müzakirələr obyektinə çevrilib. Bu elementlər barədə son qərar aprelin 14-də FİA-nın Apelyasiya Məhkəməsində qəbul olunacaq, amma Braun əmin edir ki, onun vicdanı təmizdir – hələ bir il əvvəl o komanda rəhbərlərinin brifinqində açıq-aydın təklif edib ki, texniki reqlamentə müəyyən dəyişikliklər etmək lazımdır, amma onun təklifinə məhəl qoyan olmayıb…

Ross Braun: “Mən 2008-ci ilin mart ayında bunu təklif etdim. Etiraf etməliyəm ki, mən demədim ki, “biz belə bir diffuzor yaramaq istəyirik”. Mən komandanın sirlərini heç kimə açmaq fikrində deyiləm. Lakin mən başa saldım ki, texniki reqlamentin bəzi maddələrini dəyişmək və daha aydın yazmaq lazımdır.

Mən bunu komandalara təklif etdim, amma onlar imtina etdilər, ona görə də mənim vicdanım tam təmizdir. O zaman onlar mənim təklifimlə razıalşsa idilər, indi bu mübahisələr də olmazdı, çünki bizim diffuzor da, deflektorlar da olmazdı.”

Britaniyalı ekspert və şərhçi Ceyms Allen komandalardan birinin mütəxəssisinə əsaslanaraq yazır ki, iclasların birində Ross Braun həqiqətən hamıya təklif edib ki, reqlmentə dəyişiklik gərəkdir, o təxminən belə deyib: “Əgər qaydaları dəyişməsək, gələn il siz bizə çata bilməyəcəksiniz.” Digər komandaların nümayəndələri gülümsəyiblər, çünki o zaman Honda komandası süərtli deyildi. Amma indi bu adamların gülməyə halları yoxdur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*