R.Braun: “McLaren və Ferrari bizə çata bilərlər”

Ross Braun şübhə etmir ki, Ferrari və McLaren komandaları mövsümün uğursuz startına baxmayaraq, çempionatda liderliyi ələ almış Brawn GP-yə çatmaq […]

Ross Braun şübhə etmir ki, Ferrari və McLaren komandaları mövsümün uğursuz startına baxmayaraq, çempionatda liderliyi ələ almış Brawn GP-yə çatmaq iqtidarındadırlar. Censon Batton ilk iki yarışda qələbə qazanıb, ənənəvi liderlər isə turnir cədvəlinin lap aşağısında qərar tutublar. Amma Braun hesab edir ki, vəziyyət dəyişəcək. Hazırda Brawn GP-nin aşkar üstünlüyü keçən il Ferrari və McLaren komandalarının son yarışa kimi titul uğrunda mübarizə aparmaları ilə izah olunur, onlar bütün resurslarının cari maşının modernizasiyasına yönəldərək builki mövsümə hazırlığı qurban veriblər…

Ross Braun: “Hazırkı vəziyyət son iki ildə Formula1-də baş verənlərin əksidir. Qaydalara əhəmiyyətli dəyişikliklər edilib, amma McLaren və Ferrari çempionatda qələbə uğrunda mübarizə aparırdılar və mən onları başa düşürəm: onlar deyə bilməzdilər ki, “gəlin mübarizəni dayandıraq və gələn mövsümə hazırlaşaq”.

Bizim işimiz asan idi: keçənilki maşın uğursuz idi, ona görə də vaxtımızı ona itirmədik. Liderlərə isə qərar qəbul etmək çətin idi, amma hər iki komanda çox güclüdür, orda fantastik mühəndislər işləyir, ona görə də onlar problemlərini həll edəcəklər. Məncə, onlar keçənilki mövsümün acısını çəkirlər. Axı, adətən siz çempionatda qələbə uğrunda mübarizə aparırsınızsa, onda gələn mövsüm eyni maşında çıxış etməklə heç nə itirmirsiniz.

Amma McLaren və Ferrari-nin keçən il təkmilləşdirdikləri maşın artıq zibilxanaya atılıb, çünki maşınlar tam dəyişdirilib…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*