R.Braun: “Maşının sürətinin aşağı düşməsi onu

Avropa Qran Prisi ərəfəsində Brawn GP komandası son üç yarışda maşının sürətinin aşağı düşmə səbəblərini araşdırmalıdır. Əgər mövsümün əvvəlində Ross […]

Avropa Qran Prisi ərəfəsində Brawn GP komandası son üç yarışda maşının sürətinin aşağı düşmə səbəblərini araşdırmalıdır. Əgər mövsümün əvvəlində Ross Braunun komandası ilk yeddi qarışda altı qələbə qazanmışdısa, yayda çempionatda dönüş olub, təşəbbüs Red Bull komandasına keçib, Macarıstanda isə McLaren qalib gəlib. Aydın məsələdir ki, BGP001-in sürətinin aşağı düşməsi təkərlərin qızması problemi ilə bağlıdır, amma komandanın mühəndis və konstruktorları hələlik problemi həll edə bilməyiblər…

Ross Braun: “Bu doğrudur, bizim rəqiblərimiz daha güclü olublar, amma mövsümün ilk yarısında biz təkərləri maksimum effektiv işləməyə məcbur edə bilirdik, lakin sonra gözlənilmədən problemlər başladı. Sözsüz ki, bu problemlər maşının yeni modifikasiyaları ilə bağlıdır və indi biz atdığımız hər bir addımı təhlil edirik ki, problemin səbəbini müəyyən edək.

Əgər bizim test keçirmək imkanımız olsaydı, bizim işimiz asanlaşardı, amma bu ilin qaydaları hamı üçün çağırışdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*