Həkimlərin məsləhəti ilə Mercedes AMG komandasının başçısı Ross Braun İspaniya Qran Prisini buraxmalı olacaq.
Keçən həftə Ross özünü yaxşı hiss etməyib, həkimlər isə uik-end zamanı ona həycanlanmamağı məsləhət görüblər. Növbəti Monako yarışında Braun yenidən komanda körpüsünə qalxacaq.
Nik Fray, komandanın icraçı direktoru: “Biz Rossun Monakoda qayıtmasına ümid edirik.”
Qarşıdakı uik-end komandaya Bob Bell başçılıq edəcək…