R.Braun FOTA-nın birliyinə inanır

Ross Braun əmindir ki, Formula1 komandaları assosiasiyasının (FOTA) birliyinə Brawn GP, Williams və Toyota maşınlarının diffuzorlarının mübahisəli konstruksiyasından irəli gələn […]

Ross Braun əmindir ki, Formula1 komandaları assosiasiyasının (FOTA) birliyinə Brawn GP, Williams və Toyota maşınlarının diffuzorlarının mübahisəli konstruksiyasından irəli gələn qarşıdurmaya baxmayaraq xələl gəlməyəcək. Həm Brawn GP komandasına, həm də FOTA-nın texniki işçi qrupuna başçılıq edən Braunun fikrincə, diffuzorlarla məsələ göstərəcək ki, gələcəkdə də belə vəziyyətləri birgə dəf etmək iqtidarındadırlar…

Ross Braun: “Mən şadam ki, FOTA əvvəlki kimi öz işinin öhdəsindən səmərəli gəlir. Hazırkı vəziyyət mənə məlum olduğuna görə assosiasiyaya xələl gətirməyib. Biz belə şəraitdə işləməyə öyrəşməliyik, axı trasda həmişə elə hadisələr baş verir ki, onlara görə biz bir-birimizdən inciyəcəyik. Amma FOTA-nın üzvləri incikləri bir kənara qoyaraq bildirməliyik ki, biz bütün idmanın naminə çalışırıq. Mən bizim idmanı reqbi ilə müqayisə edərdim, komanda meydana çıxır və çox gərgin mübraizə aparır, oyundan sonra isə bir yerdə pivə içirlər. Bu iki amili ayırmağı bacarmaq lazımdır. FOTA buna öyrəşməlidir.

Biz trasda mübarizə aparmaqla müəyyəm mübahisəli elementlərə qarşı protest verməyi bacarmalıyıq. Bu da rəqabətdir, amma belə vəziyyətlə yanaşı biz özümüzə “bizdə qarşıdürma var, amma gəlin birgə işləyək, birgə Formula1-i daha yaxşı edək” deməyi bacarmalıyıq. Əgər biz bunu edə bilsək, deməli FOTA yaşayacaq. Əgər ilk mübahisədən sonra assosiasiya dağılacaqsa, bu pisdir, amma mən düşünürəm ki, bu baş verməyəcək.”

FİA-nın Apelyasiya Məhkəməsinin diffuzorların leqallığına həsr olunmuş iclası gələn çərşənbə axşamı keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*