R.Braun da qərardan razı qalıb

Brawn GP komandasının sahibi və başçısı Ross Braun bildirib ki, FİA-nın Beynəlxalq Apelyasiya Məhkəməsinin ikili diffuzorlar ətrafında yaranmış mübahisəyə son […]

Brawn GP komandasının sahibi və başçısı Ross Braun bildirib ki, FİA-nın Beynəlxalq Apelyasiya Məhkəməsinin ikili diffuzorlar ətrafında yaranmış mübahisəyə son qoyan qərarından razı qalıb…

Ross Braun: “Bu gün Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərardan çox razıyıq. Biz rəqiblərimizin istənilən texniki yeniliyi şübhə altına almaq hüququnu qəbul edirik, onlar bunun üçün hər bir mümkün metoddan istifadə edə bilərlər.

FİA-nın texniki departamenti, Avstraliya və Malayziya Qran prilərinin stüardları, indi isə Apelyasiya Məhkəməsinin beş hakimi təsdiq etdilər ki, Brawn GP maşınları həmişə texniki reqlamentə cavab veriblər. Məhkəmənin qərarı bu mövzunu bağladı və biz dünya çempionatının yeni yarışlarına nikbinliklə hazırlaşırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*