R.Braun: “Censon bu il çox yaxşıdır”

Brawn GP komandasının sahibi Ross Braun hesab edir ki, bu il Censon Batton stabil olaraq yarışlarda qalib gələ bilər – […]

Brawn GP komandasının sahibi Ross Braun hesab edir ki, bu il Censon Batton stabil olaraq yarışlarda qalib gələ bilər – ilk yarışlardakı uğurlar sürücünün öz gücünə inamını artırıb…

Ross Braun: “Censon bu il çox yaxşıdır, onun təcrübəsi var, qələbə qazanmağa imkan verən maşını var, o özünə inam hiss edir və baaş düşür ki, titul qazana bilər. Titul qazanamq asan deyil, bəzilərinin düşündüyü kimi titul özü gəlmir, amam Censon başa düşür ki, hər şey yaxşı gedəndə yarışda qalib gələ bilər.

Batton – istisna sürücüdür. Hətta keçən il yavaş maşında mən onun istedadının izlərini görürdüm, amma indi stabillik peyda olub. Komandanın əməkdaşları Censonun xüsusiyyətləri barədə çox danışıblar, indi mən də onlarə görürəm. Censon sakit sürücüdür, siz onun maşın sürməsinə baxanda başa düşürsünüz ki, o hər şeyi nəzarətdə saxlayır. Mən Mixael Şumaherlə Censon Batton haqqında danışmışdım, hələ biz Ferrari-də işləyəndə, Mixael həmişə Censonun çıxışlarını hörmətlə şərh edirdi.

Titula şansımız? Bizi uzun çempionat gözləyir, qarşıda hələ 13 yarış var. Biz mövsümü əla başlamışıq, amma titul qazanamq üçün maşını ciddi təkmilləşdirmək lazımdır. Biz rəqiblərimizin necə sürətlə inkişaf etdiyini gördük, biz də inkişaf etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*