R.Braun: “Bu gün hər şey yaxşı keçdi”

Brawn GP-yə daha bir uğur qazandırmış bugünkü sıralanma turundan (Censon Batton ardıcıl ikinci poulunu qazanıb) sonra Ross Braun Almaniyanın Premiere […]

Brawn GP-yə daha bir uğur qazandırmış bugünkü sıralanma turundan (Censon Batton ardıcıl ikinci poulunu qazanıb) sonra Ross Braun Almaniyanın Premiere telekanalına qısa müsahibə verib…

Ross Braun: “İki gün biz dolu baklarla trasa çıxrıdıq, ona görə də sərbəst yürüşlərin nəticələri bizə tam aydın deyildi, bilmirdik ki, gücümüz nəyə çatacaq. Vəziyyət sıralanma turunun ikinci sessiyasında aydınlaşmağa başladı, nəticədə hər şey yaxşı keçdi. Censon əla nəticə göstərdi, Rubens də pis olmadı, amma o cəriməli olduğu üçün sabah yarışa 9-cu yerdən başlayacaq.

Yarno Censonla bir cərgədən start alacaq – o güclü rəqibdir, amma yaxşı ki, yaxınlıqda KERS olan maşın yoxdur, startda biz onlardan qorxuruq. Sabah bizi maraqlı mübarizə gözləyir və mən görürəm ki, bizim sürücülər sürətli maşına və bizim liderliyimizə öyrəşməyə başlayıblar. Amma bu o demək deyil ki, biz birinci cərgədən start lamağa vərdiş edirik – poul həmişə xüsusi hisslərdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*