R.Braun: “Biz çağırışı qəbul etməyə hazırıq”

Malayziya Qran Prisi ərəfəsində Ross Braun artıq üzümüzə gələn uik-enddə komanda qarşısında duran vəzifələrdən danışmayıb – Melburnda qazanılmış qələbə dublundan […]

Malayziya Qran Prisi ərəfəsində Ross Braun artıq üzümüzə gələn uik-enddə komanda qarşısında duran vəzifələrdən danışmayıb – Melburnda qazanılmış qələbə dublundan sonra hamı komandadan bu uğurun təkrarını gözləyir və Rossun komandası çağırışı qəbul etməyə hazırdır…

Ross Braun: “Avstraliya uik-endi komandamız üçün fantastik təcrübə oldu, Censon və Rubnesin finişdə dublu isə bütün proqnozları üstələdi. Biz bilirik ki, rəqiblərimiz yerlərində dayanmayıblar və yarışdan yarışa bizə çox çətin olacaq, amma biz bu çağırışı qəbul etməyə hazırıq. Bizim sürətli və stabil maşınımız var və ümid edirəm ki, o Malayziya avtodromunun xarakteristikalarına uyğun gəlir.

Avstraliyada olduğu kimi bu uik-end biz cümə sərbəst yürüşlərindən maksimum yararlanmalıyıq və optimal sazlanmaların axtarışı ilə məşğul olmalıyıq, çox güman ki, Sepanq üçün xarakterik olan isti hava üzündüən etibarlılıq problemləri ilə üzləşəcəyik. Bu il yarış adət etdiyimiz vaxtdan gec başlayacaq – proqnoz yağış vəd edir, ona görə də strategiya daha maraqlı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*