R.Braun: “Bəziləri hələ də sorucu diffuzorlardan istifadə edirlər”

Red Bull və Lotus komandaları mövsümün birinci yarışı ərəfəsində Mercedes AMG komandasını reqlamenti pozmaqda günahlandıraraq FİA-nın texniki xidmətlərinə şikayətlə hədələmişdilər […]

Red Bull və Lotus komandaları mövsümün birinci yarışı ərəfəsində Mercedes AMG komandasını reqlamenti pozmaqda günahlandıraraq FİA-nın texniki xidmətlərinə şikayətlə hədələmişdilər – FİA komandanın hazırladığı maşının arxa antiqanadındakı hava kanalını leqal hesab etmişdi, bu hava kanalı DRS sistemi ilə birləşib. Amma komandanın başçısı Ross Braunun fikrincə, yeni hava kanalı elə də böyük üstünlük vermir, əksinə, diqqəti digər maşınların yeniliklərinə yönəltmək lazımdır…

Ross Braun: “Hər il şayiə və dedi-qodular eşidirik, hər bir tərəf öz arqumentini gətirir, amma bu halda bizim maşının hava kanalı elə də diqqət tələb eləmir, bu qalmaqalla bəzi komandalar əsas diqqəti öz maşınlarındakı qazburaxma sistemlərinin konfiqurasiyasından yayındırmaq istəyirlər.

Federasiyanın nümayəndələri keçən il dəqiq bildirdilər ki, bir daha sorucu diffuzorlar olmayacaq və biz bunu qəbul etdik, amma bəzi maşınlarda hələ də sorucu diffuzorlar var.

Formula1-də gərgin mübarizə gedir, iştirakçıların rəqabətədavamlılığı yüksəkdir – bizim çempionatın təbiəti belədir. Amma bizim bir reqlamentimiz var və hamı bu yazıya əməl etməlidir, lakin kimsə həmişə qaydaları başqa cür yoza bilir.

Biz şikayət etməyi planlaşdırmırıq, biz bu məsələni FİA ilə müzakirə etmişik – federasiya qanun pozuntusu aşkarlamayıb və biz bu qərarı qəbul edirik. Amma biz digər maşınları öyrənirik ki, biz nədən necə istifadə edə bilərik, lakin əminəm ki, gələn il bu qərarlar olmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*