R.Braun Battonu tərifləyib

Ross Braunun sözlərinə görə, o Censonun mövsümün son yarışındakı çıxışını səbirsizliklə gözləyir: Brawn GP komandasının başçısının fikrincə, titulu qazandıqdan sonra […]

Ross Braunun sözlərinə görə, o Censonun mövsümün son yarışındakı çıxışını səbirsizliklə gözləyir: Brawn GP komandasının başçısının fikrincə, titulu qazandıqdan sonra Censon rahatlaşacaq.

Batton etiraf edib ki, Braziliya Qran Prisinin sıralanma turundan sonra özünü narahat hiss edirmiş. Braun isə öz sürücüsünün əzmkarlığını yüksək qiymətləndirib, Censon çətin ruhi vəziyyətdən çıxa bilib, çətin İnterlaqos trasında əla çıxış edib və dünya çempionu olub…

Ross Braun: “Yüksək səviyyəli idmançılar uğursuzluqlardan çıxmağı bacarmalıdırlar. Batton çempionatın əvvəlindən titula əsas namizəd idi, amma mövsümün ikinci yarısında onu uğursuzluqlar müşaiyət edirdi, amma o ruhdan düşmürdü.

Censon özü etiraf edir ki, son aylar yaxşı keçmir, bunu biz də etiraf eidrik, amma o hər dəfə çətin vəziyyətlərdən əla çıxırdı. Mən Abu Dabi yarışını səbirsizliklə gözləyirəm, çünki Censon artıq heç bir pressinq hiss etmir, əsas məsələ artıq arxada qalıb və o yarışı rahat keçirəcək.

O çox sürətli və istedadlı sürücüdür, həmişə yaxşı nəticəyə köklənib. Şənbə günü o çox üzülmüşdü, amma bazar günü özünü topladı və hər şeyi düzgün etdi. Censon heç vact heç kimi günahlandırmır, o əsil komanda oyunçusudur və bu yaxşı keyfiyyətdir.

O göstərdi ki, yüngül xarici görkəmin arxasında polad iradəsi gizlənib. Titulu qazanmaqla o fantastik təcrübə topladı və hesab edirəm ki, gələn il o daha güclü olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*