R.Börn ikili diffuzorlar haqqında

Rori Börn və Ross Braun uzun illər birlikdə çalışıblar, amma indi onların yolları ayrılıb – Börn Ferrari-də məsləhətçi işləyir, Braun […]

Rori Börn və Ross Braun uzun illər birlikdə çalışıblar, amma indi onların yolları ayrılıb – Börn Ferrari-də məsləhətçi işləyir, Braun isə öz şəxsi komandasına başçılıq edir və keçmiş kolleqalar ikili diffuzorların reqlamentə uyğunluğuna görə əks mövqelərdə dayanıblar. Gələn həftənin çarşənbə axşamı bu məsələni FİA-nın Apelyasiya Məhkəməsi araşdıracaq, hələlik isə Börnün arqumentlərini İtaliyanın La Gazzetta dello Sport qəzeti ilk səhifəsinə çıxardıb.

Cənubi Afrikadan olan konstruktor Formula1-in texniki reqlamentinin 3.12.5 bəndinin yozumundan söhbət açıb, bu bənd maşının altlığının konstruksiyasını müəyyən edir, beləki, altlıq aşağıdan baxdıqdan maşının heç bir elementini göstərməməlidir. Amma konstruksiyasında ikili diffozrlardan istifadə edən üç komandanın maşınlarında reqlamentin başqa bəndini bu bəndən üstün tutublar…

Rori Börn: “Bu qaydalar artıq 14-15 ildir ki hökm sürür və bütün bu illər ərzində bütün komandalar tərəfindən eyni cür yozulurdu, amma əgər siz Brawn GP maşınına altdan baxsanız, onun asılqanlarını görə bilərsiniz. Biz Rossla indi də dostuq, amma dostluğumuzun öz yeri var, bu şəxsi münasibətlərdir, biri də var peşəkar münasibətlər. Həm də mən Ferrari-də işləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*