R.Barrikello: “Növbəti yarışı gözləyirəm”

Dünən sıralanma turundan sonra Brawn GP sürücülərinin vəziyyəti yaxşı deyildi, amma çempionatda onların rəqibləri olan sürücülər yarışda müxtəlif problemlərlə üzləşiblər. […]

Dünən sıralanma turundan sonra Brawn GP sürücülərinin vəziyyəti yaxşı deyildi, amma çempionatda onların rəqibləri olan sürücülər yarışda müxtəlif problemlərlə üzləşiblər. Rubens Barrikello çempionatda əsas rəqibi olan komanda yoldaşı Censon Battondan sonra finiş xəttini keçib…

Rubens Barrikello: “Uik-end müxtəlif hadisələrlə zəngin olub, yarış da istisna olmayıb. Mən yaxşı start aldım, iki mövqe qazandım, amma Təhlükəsizlik Maşınının trasa çıxması bizim xeyrimizə olmadı, ikinci pit-stopda isə neytral ötürmə işləmədi və motor söndü. Bununla da mən Censonu irəli buraxdım.

Yarışın sonuna yaxın əyləclərlə problemlər yarandı, mən rəqiblərlə mübarizə apara bilmirdim və altıncı yerlə razılaşdım. Yaxşı uik-end olmadı, amma mən Censona cəmi bir xal uduzdum və növbəti yarışı nikbinliklə gözləyirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*