R.Barrikello: “Mən qələbə qazanmağı tərgiməmişəm”

Valensiyada Formula1-in veteran sürücüsü Rubens Barrikello sübut edib ki, qələbə qazanmağı tərgiməyib: finişdən sonra Ross Braun sürücüsünü təbrik edərkən hədər […]

Valensiyada Formula1-in veteran sürücüsü Rubens Barrikello sübut edib ki, qələbə qazanmağı tərgiməyib: finişdən sonra Ross Braun sürücüsünü təbrik edərkən hədər yerə söyləməyib ki, “lap keçmiş xoşbəxt günlərdə olduğu kimi!” Əlbəttə, Brawn GP komandasının başçısı braziliyalı sürücünün hələ Ferrari-də bir yerdə işləyərkən qazandığı uğurları xatırayıb. Rubensin bugünkü qələbəsi karyerasında 10-cudur, çempionat tarixində braziliyalıların 100-cü və Bridgestone şirkətinin 150-ci qələbəsidir…

Rubens Barrikello: “Belə bir fantastik uik-endi heç bir vaxt unutmayacam. Sonuncu dəfə mən beş il bundan əvvəl qələbə qazanmışdım – mən qələbə qazanmağı tərgiməmişəm, amma bu çox çətin qələbə oldu. Bütün yol boyu mənə radio ilə deyirdilər ki, “Qazı bas, qazı bas!” və mən bütün gücümlə hücum edirdim, başa düşürdüm ki, səhv etmək hüququm yoxdur. Mən bu qələbəni komandaya, ailəmə, ölkəmə və yaxın dostum Felipe Massaya həsr edirəm.

Mən komandaya ayrıca minnətdarlıq etmək istəyirəm, axı bu təkcə mənim uğurum deyil: maşın özünü ideal aparırdı, hər iki təkər tərkibində. Mən istərdim ki, bu xoşbəxt anlar daim davam etsin!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*