R.Barrikello: “Mən artıq podium barədə düşünmürdüm”

Rubens Barrikello Melburnda ikinci yerdən start alıb finiş xəttini də ikinci yerdə keçib, amma yarış braziliyalı sürücü üçün olduqca çətin […]

Rubens Barrikello Melburnda ikinci yerdən start alıb finiş xəttini də ikinci yerdə keçib, amma yarış braziliyalı sürücü üçün olduqca çətin alınıb. Rubnes startda ləngiyib, arxadan zərbə alıb, sonra Kimi Rəykkönenlə təkər-təkərə toqquşub, yarış boyu onuncu yerdən dördüncü yerə yüksəlib və Kubitsa-Fettel insidentindən sonra yarışı ikinci yerdə başa vurub…

Ruben Barrikello: “Startda ləngidib, kimsə arxadan mənə dəydi, sonra mən kiməsə dəydim, zərbələr güclü idi – az qala yerində fırlanacaqdım. Artıq podium barədə düşünmürdüm, amma maşın hər şeyə dözdü. Birinci pit-stopa kimi ön antiqanad tədricən dağıldı, maşın əylənmədə stabilliyini itirmişdi və Kimi ilə toqquşmadan sonra antiqanadın vacib elementlərini itirdim.

Əgər kimsə hesab eidrsə ki, BGP001 yalnız diffuzorlara görə sürətlidir, narahat olmasınlar, elə birinci zərbədən sonra diffuzor dağılmışdı, amma maşın rəqabətədavamlılığını itirməmişdi. İndi nə hiss edirəm? Yarış boyu emosiyalarım aşıb-daşırdı, ikinci yerdən start almışdım, qələbəyə ümid edirdim, amma bu qədər hadisələrdən sonra ikinci olmağıma şadam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*