R.Barrikello Massanın replikasını şərh edib

Dünən Felipe Massa jurnalistlərə bildirib ki, Fernando Alonso keçənilki Sinqapur yarışında Pikenin planlaşdırılmış qəzası barədə əvvəlcədən hər şeyi bilirmiş. Bir […]

Dünən Felipe Massa jurnalistlərə bildirib ki, Fernando Alonso keçənilki Sinqapur yarışında Pikenin planlaşdırılmış qəzası barədə əvvəlcədən hər şeyi bilirmiş. Bir qədər sonra Ferrari-nin mətbuat xidməti sürücünün bu məsələdə mövqeyini korrektə etsə də, mövzu KİV-də müzakirə olunmaqdadır və Massanın həmyerlisi Rubens Barrikello da məsələyə şərh verməli olub…

Rubens Barrikello: “Əgər siz Formula1 dünyasında daim olmursunuzsa, əgər paddokda gəzən şayiələri və söhbətləri eşitmirsinizsə, onda istənilən mövzuda səhvə yol verə bilərsiniz. Felipe bir neçə ay aramızda yox idi, bu günlərdə paddoka qayıdıb, KİV üçün onun sözləri bizim hər uik-end paddokda söylədiklərimizdən vacib idi. Mən bu sözləri yalnız onunla izah edə bilərəm ki, Felipe uzun müddət aramızda yox idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*