R.Barrikello Lyuisin hərəkətlərini tənqid edib

Şanxayda Rubens Barrikello Malayziya yarışında Lyuis Həmiltonla Vitaliy Petrovun mübarizəsindən söhbət düşərkən, britaniyalı dünya çempionunun hərəkətlərini tənqid edib. Həmin yarışda […]

Şanxayda Rubens Barrikello Malayziya yarışında Lyuis Həmiltonla Vitaliy Petrovun mübarizəsindən söhbət düşərkən, britaniyalı dünya çempionunun hərəkətlərini tənqid edib. Həmin yarışda Lyuis müdafiə zamanı trayektoriyasını bir neçə dəfə dəyişdiyi üçün stüardlardan cərimə almışdı, Rubens isə hesab edir ki, belə hərəkətlər yolverilməzdir…

Rubens Barrikello: “Bu insidentin videoyazısına baxanda mən çox əsəbləşdim. Mənə elə gəlir ki, bu hərəkətlər yolverilməzdir. Mən həmin vəziyyətdə Petrovun yerində olsaydım, Lyuisə qarşı gileyimi bildirərdim.

Bu cür hərəkətlərə haqq qazandıran arqumentləri həmişə tapmaq olar, amma ən azı sürücülər arasında belə bir razılaşma var ki, mövqeyini müdafiə edərkən, yalnız bir dəfə trayektoriyanı dəyişə bilərsən. Bəlkə bu cür Ford Formulasında etmək olar, amma Formula1-də belə hərəkətlərə icazə verilmir.”

Petrovun komanda yoldaşı isə hesab edir ki, problem yalnız Lyuisdə deyil…

Robert kubitsa: “Qaydaları oxuyanda sizə hər şey aydın olur, amma Malayziyada vəizyyət elə də aydın deyildi. Biz bir çox sürücülərin trayektoriyanı dəfələrlə dəyişdiklərini gördük, təkcə Lyuis bunu etməmişdi. F3 və ya başqa seriyalarda bu problem olmazdı, orda buna məhudidyyət yoxdur, amma Formula1-də belə qayda var.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*