RB7 Bakının küçələrində!

İyunun 17-də Red Bull ShowRun (Çempionlar Paradı) tədbiri çərçivəsində Formula1-in son iki ildə dünya çempionu olan Red Bull komandasının nümayiş yürüşləri keçirilib.

F-1.az bildirir ki, Neftçilər prospektində improvizə olunmuş trasa toplaşmış minlərlə tamaşaçı keçən il Red Bull komandasına 12 qələbə, 18 poul, 27 podium və 10 sürətli dövrə qazandırmış RB7 maşınını seyr ediblər. İkiqat dünya çemponu Sebastyan Fettelin “Ehtiraslı Kayli” adlandırıdığı bu maşını bakılalara komandanın keçmiş sürücüsü, hazırda komandanın məsləhətçisi olan Dəvid Kulthard nümayiş etdirib.

İdman-Azərbaycan Telekanalının nümayiş yürüşlərindən hazırladığı videoçarxı diqqətinizə çatdırırıq…

https://www.youtube.com/watch?v=AKauuJ8Z1O0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*