R.Taffen: “Motorun gücünü artırmalıyıq”

F-1.az xatırladır ki, keçən il olduqca zəif motor hazırlayaraq gözlənilənləri verə bilməyən Renault bu ilin əvvəlində Lotus-u alaraq zavod komandası kimi Formula1-ə qayıtmışdı.

Bu il 2015-ci ildəkinə nisbətən daha güclü motor hazırlayan Renault motorçuları Red Bull-un poul qazanmasında və yarışda qalib gəlməsində vacib rol oynayıblar. Lakin Renault-nun baş motorçusu Remi Taffen nəticələrdən hələ tam razı olmadıqlarını bildirib.

Remi Taffen: “Motorumuzun ön yerlərdə yarışmağa, poul almağa imkan verdiyini görmək bizi daha da cəsarətləndirir. Gördüyümüz işin qarşılığını alırıq, lakin güc qurğusunu daha çox inkişaf etdirməli olduğumuzu da bilirik. Əsas məqsədimiz budur və bunu əldə etmək üçün çalışırıq. Enstoundakılarla bir yerdə işləyirik. Hər həftə yeni şeylər öyrənirik. Budapeştdəki trasda döngələr arasındakı məsafələr çox qısadır. Bu, bizə kömək edə bilər. Orada yaxşı nəticə göstərmək üçün səbirsizlənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*