R.Smedlinin Williams-dakı vəzifəsi dəyişə bilər

2014-cü ildən bəri Williams komandasında yarış direktoru işləyən Rob Smedlinin vəzifəsi dəyişdirilə bilər.

F-1.az xatırladır ki, Smedli 2014-cü ildə Massa ilə birlikdə Ferrari-dən Williams-a transfer olunmuşdu. Massa 2016-cı ildən sonra təqaüdə çıxdığı üçün Smedli də arxa planda olmaq istədiyini demişdi.

Rob Smedli: “Növbəti iki-üç ildə arxa planda qalmaq istəyirəm. Peşəkar cəhətdən yarışlara gəlmək daha yaxşıdır, amma ailəm üçün darıxıram”.

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams isə Smedlinin bu istəyini dəyərləndirəcəklərini deyib: “Yenidənqurma işləri zamanı demişdik ki, artıq geridə qalmaq istəmirik. Daha sonra uğurlu mövsümlər keçirtdik. Bəlkə də bu il bizim üçün oyanma ili oldu. Problemlərimizin səbəbini müzakirə etmək istəmirik, amma bunları həll edəcəyimizə əminəm. Robun arxa planda qalmaq istəməsini anlayıram və bunu müzakirə edə bilərik. Özünü harada güclü hiss etsə, orada işləyə bilər. Rob özünü təkmilləşdirmək istəyir və bunu edə bilər. Bunu edə bilməsi üçün ən əlverişli işə keçməsini istəyirik. Rob komandaya gələndən sonra əla işlər gördü. O sadəcə güclü mühəndis deyil, eyni zamanda işini sevən bir adamdır. Komandamızın vacib adamlarından biridir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*