R.Qrojanın daha bir övladı olacaq

Haas-ın fransız sürücüsü Roman Qrojan bu yaxınlarda müsahibələrinin birində demişdi ki, həyatında verdiyi ən yaxşı qərar uşaq sahibi olmaqdır.

F-1.az bildirir ki, Romanın ailə üzvlərinin sayı bu yaxınlarda artacaq. O, Twitter-dəki şəxsi bloqunda bildirib ki, həyat yoldaşı Marion Jöl qız uşağı gözləyir.

Qeyd edək ki, Romanın iki oğlu var – 4 yaşı olan Şasa və 2 yaşlı Simon. Cütlük keçən ay evliliklərinin 5 illiyini qeyd etmişdi.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*