18 Dekabr 2017, Bazar ertəsi - 13:07

R.Qrojanın bəxti yenə gətirməyib

R.Qrojanın bəxti yenə gətirməyib

Müəllif: Rauf Hacıyev, redaktor

20:56 - 11 May, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, yeniliklərdən şənbə günü istifadə edə biləcək.

F-1.az xatırladır ki, bütün komandalar İspaniyaya çoxlu yeniliklər gətiriblər. Bəziləri hər iki bolid üçün yeniliklər gətirsə də, bəzi komandalar sadəcə bir maşın üçün yenilik gətirə biliblər. Haas komandası da İspaniyaya bir paketlə gələnlər arasındadır. Buna görə də yeni paketi kimin istifadə etməsinə qərar vermək üçün sürücülər arasında püşk atılıb və qalib gələn Kevin Maqnussen olub. Danimarkalı sürücü yeniliklərdən cümə günü, Qrojan isə şənbə günü istifadə edəcək.

Roman Qrojan: “Yenilikləri şənbə gününə qədər ala bilməyəcəm. Bu yaxşı hal deyil. Hazırda sadəcə 1 ədəd paket var və bunu mən götürə bilmədim. Çox böyük yenilikdir və görək nə olur. Püşk atdıq və həmişəki kimi bəxt məndən üz döndərdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 325
Teqlər , , , ,
Paylaş

logo