20 Oktyabr 2017, Cümə - 16:20

R.Qrojan yeni dəbilqəsini təqdim edib

R.Qrojan yeni dəbilqəsini təqdim edib

Müəllif: Elçin Zodorov, redaktor

22:27 - 13 Fevral, 2016

Roman Qrojan Haas komandasına keçdikdən sonra dəbilqəsinin dizaynını dəyişəcəyini açıqlamışdı.

F-1.az xatırladır ki, bir müddət əvvəl o, dəbilqənin bir hissəsinin şəklini paylaşmışdı. Həmin hissədən də görünürdü ki, Qrojan keçən il həyatını itirən Jül Byankini unutmayıb.

Sürücü bu gün şəxsi tvitter bloqunda yeni dəbilqəsinin şəklini paylaşıb və yazıb: “Yeni dəbilqəmi sizə nümayiş etdirdiyim üçün çox xoşbəxtəm. Ümid edirəm ki, onunla yaxşı nəticələr əldə edəcəm”.

Göy və narıncı rənglərin üstünlük təşkil etdiyi dəbilqənin ön və yan tərəflərində Haas komandasının loqotipi, arxa tərəfində Qrojanın sürücü nömrəsi olan 8 rəqəmi, yuxarı hissədə isə hər iki tərəfdə Jül Byankinin xatirəsinə #JB17 yazısı əks olunub.

O, həmçinin, dizaynerin Adrian Pavyo adlı şəxs olduğunu qeyd edib. Qrojanın dəbilqəsini yenə də Bell şirkəti hazırlayıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 361
Teqlər , , , , , ,
Paylaş

logo