R.Qrojan: “Vəziyyəti xeyrimizə dəyişdik”

Haas komandasının sürücüsü Roman Qrojan bolidin pis performans göstərməsinə baxmayaraq, problemi həll etdiklərini və gözəl sıralanma turu keçirdiklərini deyib.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyndə sonuncu sərbəst yürüşlərdə qəza etmiş və qırmızı bayraqların çıxmasına səbəb olmuşdu. Amma Qrojan sıralanma turunda mükəmməl performans göstərərək son sessiyaya qalıb və 9-cu yeri tuta bilib.

Roman Qrojan: “İşləri xeyirimizə çevirdiyimiz üçün sevincliyəm. Həftəsonuna problemlərlə başlamışdıq və sonuncu sərbəst yürüşlərdəki qəza kefimizi pozdu. Amma komanda bolidi tam düzəldib hazır vəzityyətə gətirdi.

Yarışa başlamaq üçün gözəl yerdəyik. Sıralanma turunun birinci sessiyasından etibarən bolid gözəl performans göstərdi və balansı yaxşı idi. Keçənilki Bəhreyn yarışına da 9-cu yerdən start alıb, 5-ci yerdə bitirmişdik. Uzun yarış olacaq və hər şey mümkündür. Ümid edirəm ki, yenidən uğur qazanarıq”.

Qeyd edək ki, Haas komandası ən yüksək nəticəsini keçən il Bəhreyndə Roman Qrojanla 5-ci yeri tutaraq alıb.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*