R.Qrojan: “Ümid edirəm sabah drenaj qapağı yerində olar”

Haas komandasının sürücüsü Roman Qrojan Malayziyada ikinci sərbəst yürüşlərdə keçirdiyi qəzadan sonra bildirib ki, eyni hal yenidən təkrarlanmamalıdır.

F-1.az xatırladır ki, fransalı sürücü ikinci sərbəst yürüşlərdə yerindən çıxan bir drenaj qapağının üstündən keçmiş və təkəri partlamışdı. Qrojan bundan sonra yüksək sürətlə baryerlərə çırpılaraq qırmızı bayraqların çıxmasına səbəb oldu.

Roman Qrojan: “Təkrarları gördüm. Drenaj qapağı açıldı. Yarış trayektoriyasında idi və sağ arxa tərəfdə zərbə hiss etdim. Arxa təkərim yox idi və yerimdə fırlandım. Məncə, bu cür şeyləri əngəlləməliyik. Ümid edirəm ki, sabah yaxşı sazlanma taparıq və drenaj qapağı yerində olar. Mən yaxşıyam. Ümid edirəm ki, bolid sabaha hazır olar. Tras rəhbərliyinin bunu həll edəcəyinə əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*