21 Sentyabr 2017, Cümə axşamı - 12:44

R.Qrojan təkərlər barədə fikirlərini bölüşüb

R.Qrojan təkərlər barədə fikirlərini bölüşüb

Müəllif: Rauf Hacıyev, redaktor

16:09 - 06 İyun, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Pirelli daha çox işləyə bilən və tez qızan təkərlər istehsal etməlidir.

F-1.az xatırladır ki, Monakoda sürücülərin əksəriyyəti təhlükəsizlik avtomobilindən sonra təkərləri qızdırmaqda çətinlik çəkmişdilər.

Roman Qrojan: “Son yarışda UltraSoft təkərlərlə 40 dövrə vurdum. Bu sıralanma turu təkərinə görə çoxdur. Bir neçə dövrə vurmalıdır, ancaq bu qədər yox. Təkərlərin daha tez qızmasını və təhlükəsizlik maşınından sonra yaxşı olmasını istəyirik. İnanırıq ki, bolidlər daha da sürətlə gedə bilər. Pirelli ilə birlikdə bəzi şeylərin üzərində işləməliyik. Təkərləri işlətmək üçün çox vaxt keçirdirik. Bolid üzərində işləyə bilmirik. Təkərlərin daha çox işləməsini istəyirik. Təkər tərkibləri arasında oxşarlıq olmalıdır. Təkəri dəyişən kimi performans düşməməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 656
Teqlər , ,
Paylaş

logo