R.Qrojan təhlükəsizlik maşınından narazı qalıb

Haas komandasının sürücüsü Roman Qrojan təhlükəsizlik avtomobilindən narazı qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü Çində təhlükəsizlik maşını çıxmamışdan əvvəl 11-ci olsa da, restart verildikdən sonra 17-ci yerə qədər geriləyib.

Roman Qrojan: “UltraSoft təkərdən Medium-a keçərək, cəsarətli addım atdıq. Heyif ki, təhlükəsizlik maşınının bizə xeyri olmadı. Medium təkərlə sona qədər getməyi planlaşdırırdıq. Lakin təhlükəsizlik maşını bizim üçün hər şeyi məhb etdi. O ana qədər tempimiz güclü idi. Restartdan sonra bilirdik ki, çətin olacaq. 11-ci yeri qorumağa çalışsam da, iki Force İndia məni keçdi və bütün şansımı itirdim. Son 10 dövrədə UltraSoft təkərlərlə aqressiv strategiya qurmaq istəsək də, artıq gec idi. Çini unutmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*