23 Oktyabr 2017, Bazar ertəsi - 15:33

R.Qrojan təhlükəsizlik avtomobilindən şikayətlənir

R.Qrojan təhlükəsizlik avtomobilindən şikayətlənir

Müəllif: Rauf Hacıyev, redaktor

18:19 - 17 Aprel, 2017

İlk iki yarışda bəxti gətirmədiyi üçün xalsız qalan Haas komandasının sürücüsü Roman Qrojan Bəhreyndə 8-ci yeri tutaraq, şeytanın qıçını qırıb.

F-1.az xatırladır ki, fransalı sürücü Bəhreyn yarışına 9-cu yerdən başlasa da, qüsursuz performans göstərərək 8-ci olub.

Roman Qrojan: “Sözün açığı, gözəl yarış oldu. Yaxşı start aldım və yarışa başladığım təkərlərdə temp yaxşı idi. Renault-nun arxasında qalmaq çətin idi və daha sonra təhlükəsizlik avtomobili trasa çıxdı. Ondan bir dövrə əvvəl pitə girdiyimiz üçün bizə pis oldu. Bir də gördüm ki, Serxio önümdədir. Amma pitdən əvvəl 12 saniyə geri qalırdı. Bu da o demək idi ki, təhlükəsizlik avtomobili periodunda 12 saniyə qazanıb. Bəxtimiz gətirmədi. Restart verildikdən sonra isə tempim zəif idi və strategiya hesabına 8-ci olduq. Nəticədən razıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 870
Teqlər , , , ,
Paylaş

logo