24 Sentyabr 2017, Bazar - 21:46

R.Qrojan: “Saynsın hərəkəti güclü idi”

R.Qrojan: “Saynsın hərəkəti güclü idi”

Müəllif: Rauf Hacıyev, redaktor

14:06 - 13 İyun, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Kanada yarışında Karlos Saynsla etdikləri qəza çox təhlükəli olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ikinci döngənin çıxışında Roman Qrojan ilə təmas yaşamış və nəticədə Felipe Massa ilə çırpılmışdı.

Roman Qrojan: “Deməyə söz tapmıram. Mən daxili trayektoriyada idim, Karlos isə xaricidə. İki dəfə bolidini sağa çəkdi və mən onun arxasında qəzadan qaçmağa çalışdım. Lakin ikinci manevrdə mənə çırpıldı. Mənim üçün çox təhlükəli idi. Amma ciddi bir şey olmadığı üçün şanslıyam. Bundan da pis ola bilərdi.

Eyni təkər dəsti ilə 69 dövrə vurdum. Bu SuperSoft təkərlər üçün qəribə hal idi. Əvvəlcə əmin olmasam da, sonda yaxşı oldu”.

Karlos Sayns: “Yaxşı start aldım. Üçüncü döngədə Fernandonu keçməyə çalışırdım. Güzgülərimdə Haas-ı görə bilmədim və bir-birimizə çırpıldıq. Daha sonra Felipeyə çırpıldım. Günün ən bəxtsiz sürücüsü o idi.

İkinci döngədən çıxarkən güzgülərə baxdım. Ancaq Renault-ları gördüm. Bəxtimiz gətirmədi. Əlimdən heç nə gəlmirdi, çünki güzgülərdə Romanı görmədim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 012
Teqlər , , , , ,
Paylaş

logo