22 Oktyabr 2017, Bazar - 01:27

R.Qrojan pis sürprizə görə məyusdur

R.Qrojan pis sürprizə görə məyusdur

Müəllif: Rauf Hacıyev, redaktor

11:11 - 30 Aprel, 2017

Rusiyada sıralanma turunda gözlənilmədən sonuncu yeri tutan Roman Qrojan bildirib ki, yarış lap çətin olacaq.

F-1.az xatırladır ki, fransalı sürücü Rusiyadan əvvəl keçirilən 3 yarışın ikisində son sessiyaya qala bilmişdi. Çində isə sarı bayraqlara görə 18-ci yeri tutmuşdu. Eyni hal Rusiya yarışında da təkrarlanıb və 31 yaşlı sürücü Palmerin qəzasına görə sürətli dövrəsini tamamlaya bilməyib.

Roman Qrojan: “Kevin boliddən çox razı idi, amma işlər mənim üçün qaydasında getmədi. Cümə günündən etibarən boliddə problem var və həll edə bilmirik. Bəzi şeylər çox pis işləyir. Son cəhdimdə isə sarı bayraqlara görə yavaşlamalı oldum və dövrəm boşa getdi. Artıq bu problemlər həll olunmalıdır. Dördüncü sıralanma turunda Haas komandası ikinci dəfə sarı bayraqlara görə sessiyanı dayandırır, Bu vəziyyətdən narazıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 062
Teqlər , , , ,
Paylaş

logo