R.Qrojan NASCAR-da yarışmaq istəyir?

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, əvvəlcə NASCAR avtomobili ilə test etmək və daha sonra isə NASCAR-ın bir mərhələsində mübarizə aparmaq istəyir...

F-1.az xatırladır ki, NASCAR seriyasında çıxış edən Haas komandası bu ildən etibarən Formula1-də çıxış edir və Roman Qrojan bu komandanın şərəfini qoruyur. Belə görünür ki, amerikalılar, Roman Qrojanda NASCAR-a həvəs oyadıblar.

Roman Qrojan: “Bəli, NASCAR seriyasında yarışmaq istəyərəm, amma bu yol trası olmalıdır. Oval tipli traslarda heç vaxt yarışmaq istəmərəm. O tip traslar çox xüsusi traslardır və mən orada yarışmaqdan qorxuram.

Qərar verməmişdən əvvəl Sprint Cup avtomobili ilə test etmək istəyirəm. O avtomobil, F1 bolidindən çox fərqlidir.

Keçən ilin qışında Şarlotteyə gedəndə birində oturdum. Yanımda elə bil ki, 5 metrəlik boşluq var idi. Oturacaq avtomobilin ortasında deyildi, amma orada yarışmaq istəyərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*