24 Sentyabr 2017, Bazar - 21:46

R.Qrojan Meksika yarışını unutmaq istəyir

R.Qrojan Meksika yarışını unutmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

20:11 - 31 Oktyabr, 2016

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, Meksika yarışı unutmaq istədiyi yarışlardan biridir…

F-1.az xatırladır ki, fransız sürücü sıralanma turunda bolidin altlığını dəyişdirməli olmuşdu və yarışa pitdən başlamışdı. Qrojan yarışda təkcə komanda yoldaşı Qutyerresi qabaqlayaraq finiş xəttini 20-ci yerdə keçib.

Roman Qrojan: “Problemin nə olduğunu anlamaq üçün bəzi detalları dəyişdirdik, amma faydası olmadı. Yarışda elə bil başqa bolid sürürdüm. İdarə etmək və sürmək çox çətin idi. Heç nəyi doğru edə bilmədik. Yarış ərzində öndən və arxadan sürüşmələr yaşadım. Sözün açığı trasda nə etdiyimi bilmirdim. Xüsusən də, bolid əylənmə zamanı sola çəkirdi. Bu da qəribə idi.

Uzun sözün qısası, məyus olduq. Ümid edirəm ki, son iki yarış daha yaxşı keçər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 132
Teqlər , , , ,
Paylaş

logo